ŞAD XƏBƏR - Əhaliyə ödəmələr başlayır

ŞAD XƏBƏR - Əhaliyə ödəmələr başlayır
Sosial 23736

"Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankın iş zəncirinə zərbə vurmamağa, onların müflisləşməməsinə çalışılmalıdır:

"Bununla bağlı məsələlər, demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib".

Son xəbərlər