İş adamına qarşı dələduzluq edilib? - DİN-dən MÜNASİBƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığı bildirib.
"Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib.
Daxil olan müraciət əsasında tərəflər polis şöbəsinə dəvət olunub və onların izahatları alınıb.
Hazırda faktla bağlı Oğuz Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...