Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir.
Bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycanın Xarici Kəşfiyyat Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə ediləcək.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib...