"Səssiz qatil" - Ölümcül xəstəliyin gözardı edilən qeyri-adi simptomu

Səssiz qatil - Ölümcül xəstəliyin gözardı edilən qeyri-adi simptomu
Sosial 19

Hipertoniya və ya yüksək qan təzyiqi bu gün ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərindən biridir.

Daimi təzyiq artımları qan damarlarının divarlarını aşındırır, infarkt və iflicə səbəb olur, bu da ölüm riskini artırır.

BAKU.WS rambler.ru-ya istinadən xəbər veror ki, xəstəliyin inkişafının əlamətləri sadəcə daimi başgicəllənmə, baş ağrısı, konsentrasiyanın azalması, yuxu problemləri və sinədə yaranan sıxılma hissi deyil.

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin mütəxəssisləri xəstələrin çox vaxt diqqət etmədiyi “səssiz qatil”in aşkar olmayan bir əlaməti haqqında danışıblar.

Onların fikrincə, qulaqlarda səs-küyün olmağı da hipertoniyanın xəbərçisi ola bilər. Artan (xüsusilə kəskin) təzyiq səbəbindən daxili qulağa qan axını qeyri-bərabər olur. Nəticədə onun içindəki sinir ucları həyəcanlanır, qulaqda küy yaranır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər