Səssiz Bakı gecəsi - ŞƏRHSİZ VİDEO
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini həyata keçirməyə başlayıb.
BAKU.WS xəbər verir ki, qərara əsasən restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib.
BAKU.WS əməkdaşı şəhərin mərkəzində olaraq iaşə obyektlərinin xüsusi rejimə necə əməl etdiklərini araşdırıb.
Müşahidələrimizə əsasən onu deyə bilərik paytaxtın demək olar bütün obyektləri xüsusi rejimə əməl edirlər. Belə demək mümkünsə paytaxt böyük səssizliyə qərq olub.
Görüntüləri şərhsiz təqdim edirik.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...