Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən bölgələrdə fəaliyyətinə icazə verilən sahələr məlum olub

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən bölgələrdə fəaliyyətinə icazə verilən sahələr məlum olub
Sosial 814

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 21 noyabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək həftə sonları 2 şəhər və 8 rayonda - Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyətinə icazə verilən sahələr məlum olub.

BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcək:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

- yük daşımaları və logistika xidmətləri;

- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

- kütləvi informasiya vasitələrinin fəaliyyəti;

- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

- mühafizə xidmətləri.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər