Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlarına bu qədər əlavələr olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əmək haqlarına əlavələr olacaq”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əmək haqlarına 10 faiz əlavələr olur:
“Ötən ilin sentyabrdan 5600-dən çox müəllim əmək haqqısına hər ay 10 faiz əlavə alır. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay maaşına 35 faiz əlavə alır. Sentyabrdan bu yana 3100-dən çox müəllim bu imkandan yararlanır. Builki nəticələrə görə də əlavələr ödəniləcək”.
Oxşar xəbərlər
Azərbaycanda bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək
Azərbaycanda bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layih...