Sertifikasiyadan keçən müəllimlərin maaşlarına nə qədər əlavə ediləcəyinə aydınlıq gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Elm və Təhsil Nazirliyinin rəhbərliyinin iştirakı ilə brifinq keçirilir.
BAKU.WS xəbər verir ki, mətbuat konfransında Elm və Təhsil naziri Emin Əmrullayev iştirak edir.
Nazir brifinq zamanı müəllimlərin sertifikasiyası mövzusuna da toxunub.
O bildirib ki, sertifikasiyadan keçən müəllimlərin maaşlarının 10-35 faiz artım olacaq:
"Sertifikasiya ilə bağlı xeyli məlumatlar paylaşmışıq. Müəllimləri həvəsləndirmək məqsədilə sertifikasiyadan keçmiş və keçid balını toplamış hər bir müəllimin əmək haqqına 10 faiz əlavə ediləcək.
Müəllimin əməkhaqqısı stabil olaraq qalır. Sadəcə ona maaşının 10 faizi əlavə edilir. Amma müəllim sertifikatlaşdırma mərhələsindən 60 sualdan 50 bal toplayıbsa, bu artıq yüksək nəticə hesab olunduğundan onun maaşının 35 faizi qədər artım əlavə edilir".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...