Sərt karantin rejimində apteklərdə onlayn çatdırılma xidməti necə təşkil olunub? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusla əlaqədar ölkədə bir çox sahədə, o cümlədən apteklərdə onlayn satış xidməti təşkil olunub.
BAKU.WS xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminə riayət edən vətəndaşlar lazım olan dərman preparatlarını bayıra çıxmadan sifariş edirlər.
Karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq bir çox apteklərdə onlayn sifariş sistemi işə düşüb. Onlayn çatdırılma xidməti göstərən bir çox apteklərdə sifarişi sayt vasitəsilə də etmək mümkündür. Votsap nömrələrindən də sifarişlər qəbul olunur.
Çatdırılma bəzi apteklərdə pulsuz olsa da, bəzilərində ödənişlidir. Ödəniş isə ünvandan asılı olaraq dəyişir. Sifariş 1-2 saat ərzində, təcili olmadıqda isə günün sonunadək ünvana çatdırılır.
AzTV-nin mövzu ilə bağlı reportajını təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...