Sərt karantin rayonlarından İsmayıllıya istirahətə gələnlər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Karantin rejimində maşınlar texniki baxışdan necə keçəcək? - RƏSMİ CAVAB
Avtomobillərin texniki baxışdan keçmə müddətinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilib. BAKU...