Sərnişinlərin NƏZƏRİNƏ: Sabahdan bu avtobusda ödəniş kartla olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 8-dən 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu Zabrat qəsəbəsi və Abşeron rayonu Məhəmmədi qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
- Babək küç., 336, - Oktyabr küç.,- Sadiq Cəfərov küç., 26.- Sabunçu qəs.,- Çingiz Mustafayev küç.,13 - Məhəmmədi qəs,.
Oxşar xəbərlər
Bu marşrut avtobusu da kartla olacaq
Bakıda daha bir marşrut xətti üzrə hərəkət edən avtobuslar nağdsız ödəniş sisteminə keçir. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, martın...