Bu marşrut avtobusu da kartla olacaq

Bu marşrut avtobusu da kartla olacaq
Sosial 386

Bakıda daha bir marşrut xətti üzrə hərəkət edən avtobuslar nağdsız ödəniş sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 5-dən 64 nömrəli marşrut xətti ("Neftçilər" m/s - Yeni Günəşli qəs. (D yaş.mas.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 13.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə ümumilikdə 5 ədəd "BakıKart"ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək

Bu marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası prosesləri davam etdirilir. Bu çərçivədə sabahdan 51...

425 Sosial 15:12 18 fevral 2021

Son xəbərlər