Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcək

Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bu çərçivədə 1 fevral tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.
Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.
Oxşar xəbərlər
Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcək
Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib. Bu barədə BAKU.WS-...
