Sənubər İsgəndərlinin illər əvvəl çəkildiyi ilk filmindən kadrarxası GÖRÜNTÜ - FOTO

Əməkdar artist Sənubər İsgəndərli arxiv görüntüsünü paylaşıb.
BAKU.WS xəbər verir ki, aktrisa 36 il əvvəlki fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
İsgəndərlinin kadrarxası görüntüsü "Kişi sözü" filminin çəkilişləri zamanı lentə alınıb. Sözügedən ekran işi Əməkdar artistin rol aldığı ilk filmdir.
Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün həyat sınaq məktəbinə çevrilir. "Kişi sözü"nün rejissoru Cahangir Mehdiyev, ssenari müəllifi İsi Məlikzadədir. Rollarda Sənubər İsgəndərli və Əjdər Həmidovla yanaşı Muxtar Avşarov, Leyla Bədirbəyli, Tələt Rəhmanov kimi aktyorlar da çəkiliblər.

Oxşar xəbərlər
“Ölüm növbəsi”ni gözləyənlər... - FOTO
Yaxud gerçəklə yuxunun arasındakı məqam Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakin...
