Sentybarın 15-dək neçə məktəbdə təmir işləri yekunlaşacaq - RƏSMİ CAVAB
Bakıda təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər hər il davamlı şəkildə həyata keçirilir.
BAKU.WS-in məlumatına görə, şagirdlərin daha yaxşı şəraitdə təhsil alması üçün paytaxtda köhnə məktəb binaları əsaslı təmir olunur, müasir tələblərə cavab verən yeni tədris ocaqları istifadəyə verilir.
Bu il də Bakıda bir sıra məktəblərin təmiri yekunlaşaraq şagird və müəllimlərin istifadəsinə təqdim olunacaq. Bəs bu məktəblərin sayı nə qədərdir?
Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, yeni dərs ilinə hazırlıqla bağlı paytaxtda ehtiyac olan 100-ə yaxın ümumi təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.
"Həmçinin paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, eyni zamanda əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin əsaslı təmiri həyata keçirilib. Təhsil müəssisələrində aparılan təmir-bərpa işləri yeni dərs ili başlayanadək tam yekunlaşacaq".
Oxşar xəbərlər
Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. BAKU.WS xəbər verir ki, bu barədə Baku...