Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq.
Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində;
-ali və orta-ixtisas təhsili müəssisələrində.
Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb.
Oxşar xəbərlər
Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may ta...