Sentyabrda ən çox bu 3 məhsulu yeyin - Orqanizmi qüvvətləndirir
02
sen
2019
23:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Havaların sərinləməsi, payızın gəlməsi ilə əlaqədar artıq həkimlər sentyabrdan bədəni və immuniteti möhkəmləndirən məhsullar seçməyi tövsiyyə edir.BAKU.WS medicina.az-a istinadən bildirir ki, dietoloqlar sentyabrda daha çox balqabaq, gavalı və armud yeməyi məsləhət bilir.Balqabaqda olan beta karotin dəri, selikli qişa, immunitet və gözlərə yaxşı təsir edir.Eləcə də soyuq fəsildə respirator virusların profilaktikası üçün lazımdır. Eləcə də balqabaq orqanizmdən artıq mayeni çıxarır və ürək-damar riskini azaldır.Nəzərə alın ki, balqabağı bişirib yedikdə mütləq xama və ya kərə yağı ilə birlikdə yeməlisiz.Gavalı isə antioksidant, pektin tərkiblidir. Orqanizmdə yaydan yığılmış ağır metallar, duzlar, nukleidləri çıxaracaq, bağırsaqları təmizləyəcək.Armud isə kaliy, maqniy və pektinlərlə zəngindir, xolesterini təmizləyir, mədəni, həzmi yaxşılaşdırır, fermentləri aktivləşdirir.
Oxşar xəbərlər
Qaraciyər serrozunun qənimi olan ƏN UCUZ VƏ SADƏ RESEPT
İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.Soyuq qı...