Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.
BAKU.WS xəbər verir ki, bu vəzifəyə təyinat alan Ağalı sakini Nərmin Həsənova ilk təəssüratlarını Modern.az-la bölüşüb.
Direktor təyinatla bağlı xəbəri böyük təəccüb, sevinc və həyəcanla qarşıladığını bildirib:
“27 mayda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Zəngilanda görüşdük. O gün mənim üçün möhtəşəm bir gün idi. Ölkə rəhbərilə çay süfrəsi ətrafında səmimi görüş oldu. Prezident və Birinci xanım Mehriban Əliyeva Ağalı kənd orta məktəbinə direktor təyin olunduğum üçün məni təbrik etdilər. Ölkə başçısından, xanımından Qarabağımızda təbrik almaq böyük uğurdur. İnşallah mənə olan etimadı doğrultmaq üçün çalışacağam".
N.Həsənova bildirib ki, Ağalı kənd məktəbi növbəti tədris ilindən fəaliyyətə başlayacaq:
“Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq. Yaxın zamanda da köç prosesinə başlanılacaq. Azərbaycanımız üçün, bizim üçün yeni dönəm başlayır. Hər kəs üçün uğurlu olsun".
Qeyd edək ki, Nərmin Həsənova bundan öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...