Sentyabr ayının 1-dən bəzi məktəblərdə dərslər başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.
Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.
Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.
Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.
Ölkənin digər ümumtəhsil məktəblərində tədris prosesinə sentyabrın 15-də başlanılacaq. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələ ki, yekun qərar verilməyib.
Oxşar xəbərlər
Dərslər sentyabrın 1-dən bu şərtlərlə başlasın - MARAQLI TƏKLİF
Yeni tədris ilinə bir ay qalsa da, pandemiya dərslərin başlayıb-başlamayacağını sual altında saxlayır. Artıq dünyanın bir sıra ölkələri tədricən məktəblərdə təd...