Səmra Rəhimli Bakıda karantin qaydalarını pozdu, qınağa tuş gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Eurovision" təmsilçimiz Səmra Rəhimli boş qalan Bakı küçələrində rəqs edib.
BAKU.WS xəbər verir ki, ifaçı rəqsini “Onlar adımı bilir, amma məni tanımırlar. Şahzadə... Karantində” şərhi ilə paylaşıb.
Onun bu paylaşımı “Instagram” izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Karantin dövründə küçədə rəqs etməsi, hətta sosial şəbəkədə paylaşması qınanıb. İzləyiciləri onu evdə qalmağa səsləyib.
Tənqid olunduğunu görən Səmra videoya yazdığı şərhini dəyişib:
“İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımıza gəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...