"Semaşko"da müayinə aparatı işləmir, xəstələr narazıdır - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi məsələyə reaksiya verib.
BAKU.WS xəbər verir ki, qurumun mətbuat xidmətindən "report"a verilən məlumata görə, həmin məsələ ilə bağlı cihazda problem yarandığı ilk gündən böyük ehtiyat hissə İnovasiya və Təchizat Mərkəzi tərəfindən sifariş edilib:
"Bir həftə ərzində yaranmış texniki nasazlıq aradan qaldırılacaq. Hətta sahə üzrə Türkiyədən mütəxəssis də dəvət edilib".
***10:36
1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "report"a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Toksikoloji-kimyəvi müayinələr aparılması üçün istifadə olunan tibbi avadanlığın işləməməsi xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb.
Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır.
Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib:
"Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.
Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...