Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI
25
mar
2026
18:47
Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.
Səbail rayonunun Azadlıq prospektindəki həmin obyektin sahəsi 50.6 kv.m olub. İcra məmuru əmlakı ilk hərracda satıb.Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çox sayda əmlakı müsadirə edilib.
Oxşar xəbərlər
MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur
İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına dax...