Səhiyyə Nazirliyinin rəsmisindən sərt karantinlə bağlı suallara CAVAB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Karantinin sərtləşdirilməsi ilə bağlı əvvəldən proqnoz vermək düzgün deyil. Çünki bugünkü yoluxma sayı sabah arta və ya azala bilər.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin nəzdində COVİD-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.
O, hansısa qadağalar qoyulmaması üçün vətəndaşları karantin qaydalarına əməl etməyə səsləyib.
“Bütün dünyada virusa yoluxma halları müşahidə edilir. Azərbaycanda da son 1 ayda rəqəmlərin sayında artım baş verir. Həm fəsil dəyişkənliyi, həm də insanların havaya aldanması halları səbəbindən yoluxma sayında artım baş verə bilir. Çünki virus zəifləmiş immun sistemini sevir. Hər hansı soyuqdəymə isə koronaya yoluxmağımıza asanlıqla şərait yaradır”.
G.Quluzadə onu da qeyd edib ki, zəncirvari ailədaxili yoluxmaların sayı artmaqda davam edir.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...