Səhiyyə Nazirliyinin rəsmisi övladında nitq qüsuru olan valideynlərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova övladında nitq qüsuru olan valideynlərə müraciət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bir çox valideynlər bəzən kənar təzyiqlərə məruz qalır.
"Nitq yaşa uyğun inkişaf etməsə, dərhal mütəxəssislərə müraciət edin. "Mənim nəvəm, qardaşım oğlum və s. 5 yaşında tam cümlələrlə danışmağa başladı", - deyən qohumlara, qonşulara və dostlara qulaq asmayın.
Mütəxəssislərin vaxtında müdaxiləsi olmasa, nitq qüsurları aradan qaldırılmasa və ya geciksə, problemlər məktəb illərində, ən ağır hallarda isə həyat boyu davam edə bilər".
Loqoped əlavə edib ki, uşaq nə qədər böyüklər və həmyaşıdları ilə tam ünsiyyət qurmasa, onun nitq əlliyinin inkişafdan qalması qabarıq müşahidə olunacaq:
"Zaman keçdikcə nitqdə rast gəlinən problemləri təkcə şifahi nitqdə yox, həmçinin yazılı nitqdə, yəni öyrənmə, oxuma, yazma və yeni informasiyaların analiz və differensasiyası kimi bacarıqlarda çətinliklərə səbəb olması müşahidə olunacaq. Valideynlər ən çox erkən dövrdə körpənin inkişafına diqqət yetirməlidirlər".
Oxşar xəbərlər
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon...