Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, mütəxəssis olmayan şəxslər “WhatsApp”da cürbəcür səsli mesajlar paylaşırlar:
“Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır.
Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var
“Hazırda Azərbaycanda koronavirusla bağlı şübhəli hal yoxdur”. BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzar...