Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var
“Hazırda Azərbaycanda koronavirusla bağlı şübhəli hal yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.
Sektor müdiri virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska olduğunu, bununla bağlı problem olmadığını qeyd edib:
“Eyni zamanda hər bir səhiyyə müəssisəsində səhiyyə işçilərinin virusdan qorunması üçün fərdi mühafizə vasitələri var. Tibbi ləvazimat və dərman vasitələri də kifayət qədərdir”.
V.Qasımov həmçinin bildirib ki, lazım olarsa, Ağciyər Xəstəlikləri İnsitutundan əlavə 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və Kliniki Tibbi Mərkəzdən də istifadə olunacaq:
“Səhiyyənin kifayət qədər imkanları var ki, bu cür xəstələr olsa, xəstəxanalara yerləşdirilsin.
Səhiyyə nazirinin əmri ilə bölgələrdəki xəstəxanalara da tapşırıq verilib və xüsusi palatalar ayrılıb”.
Oxşar xəbərlər
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palat...