Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusi karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.
BAKU.WS-in report-a istinadən məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.
O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb:
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun.
Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".
Oxşar xəbərlər
Azərbaycanda COVID-19 pasportu tələbi ləğv edilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA
Səhiyyə naziri Teymur Musayev yaxın gələcək üçün ölkədə COVID-19 pasportu tələbinin ləğvi məsələsinin mümkün olub-olmamasına münasibət bildirib. BAKU.WS-in Repo...