Səhiyyə işçilərinə SEVİNDİRİCİ XƏBƏR - Güzəştli şərtlərlə... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Güzəştli ipoteka krediti ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə, 3 ildən az olmayaraq elmi vəzifədə çalışan elmi şəxslərə, azı 15 il dövlət ümumitəhsil müəssisəsində müəllim işləyən şəxslərə şamil edilir.
Eyni zamanda 5 ildən az olmayaraq jurnalist işləyən və media reysterinə daxil edilmiş şəxslərə, eləcə də gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka krediti üçün müraciət edə bilərlər.
BAKU.WS xəbər verir ki, siyahıya səhiyyə işçilərinin də əlavə olunması təklif edilir.
İqtisadçı-ekspert Xalid Kazımlı aztv-yə bildirib ki, səhiyyə işçilərinin də güzəştli kredit almaq kateqoriyasına daxil edilməsi onların sosial problemlərinin həlli baxımından müsbət haldır.
Mütəxəssislər hesab edir ki, səhiyyə işçilərinin bu prosesə qoşulması güzəştli ipoteka kreditinə tələbi qismən artıracaq.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...