Şəhid anası 21 ildir mənzil növbəsində olduğunu deyir: "105 ailəyə ev verildi, mənə yox"
Şəhid anası Nəsibə Nəciyeva ev növbəsində durmasına baxmayaraq, mənzillə təmin olunmadığını iddia edib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən Lerik rayon sakini qeyd edib ki, 2005-ci ildən Lerik Rayon İcra Hakimiyyətində ev növbəsinə yazılıb.
Onun sözlərinə görə, rayonda 105 ailə mənzillə təmin olunub, lakin ona ev verilməyib:
"Evim qəzalı vəziyyətdədir. 2005-ci ildən Lerik Rayon İcra Hakimiyyətində ev növbəsinə dayanmışam. 70-ci sırada idim. Bizim rayondan 105 nəfərə ev verildi, lakin mən hələ də mənzil ilə təmin olunmamışam".
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vətəndaş mənzil əldə edə bilmək üçün doğru formada müraciət etməyib:
"Vətəndaşa köməklik göstərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə müraciət edilib. Hazırda Nəsibə Nəciyeva rayon üzrə mənzil növbəsində 15-ci yerdədir. O, vaxtilə düzgün müraciət etmədiyi üçün mənzil əldə edə bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 ailəlik binanın inşa edilməsi üçün torpaq sahəsi ayrılıb. Binanın tikintisi yekunlaşdıqdan sonra ev növbəsində olan vətəndaşlar mənzillər ilə təmin olunacaq".
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlanıb.
Qeyd edək ki, N.Nəciyevanın 1974-cü il təvəllüdlü oğlu Habil Xanqulu oğlu Nəciyev Birinci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Füzulidə gedən döyüşlərdə şəhid olub.
Oxşar xəbərlər
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq e...