Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Oxşar xəbərlər
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əs...