Bakıda ödənişli hərəkət zonalarına girişdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər üçün 600 mənzil alınacaq - 40 MİLYON PUL AYRILIR
2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naz...