Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə olunan avadanlıq və texnologiyaların dövlət dəstəyi ilə güzəştli şərtlərlə əldə edilməsi, eləcə də müxtəlif balıq növləri üzrə məhsul subsidiyalarının verilməsi nəzərdə tutulur:
"Qeyd edək ki, 2027-ci il yanvarın 1-dən ilk dəfə olaraq Azərbaycanda qızılbalıq və nərəkimilər fəsiləsinə aid balıqların hər tonuna görə 2 000 manat, çəkikimilər və naxakimilər fəsiləsinə aid balıqların hər tonuna görə isə 600 manat məhsul subsidiyasının verilməsi tətbiq olunacaq. Ümid edirik ki, qeyd olunan addımlar Azərbaycanda peşəkar akvakultura təsərrüfatının sayının və istehsal həcminin artmasına, bu sahənin genişlənməsinə töhfə verəcək".
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər üçün 600 mənzil alınacaq - 40 MİLYON PUL AYRILIR
2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naz...