Səfirlik: "Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib"
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.
Xatırladaq ki, tütün məmulatları daşıyan, Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.
Oxşar xəbərlər
Dondurularaq qurudulan meyvələrə tələbat artıb: Yeni trend, yoxsa sağlam seçim?
Son zamanlar dondurmalara və dondurularaq qurudulan meyvələrə tələbat artıb. Məhsulların məbləği isə ölçüsündən və çəkisindən asılı olaraq, 20-60 manat arasında...