DYP: "Yanğın zamanı nəqliyyatın hərəkəti operativ tənzimləndi"

"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə cəlb olunan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ətraf yollarda hərəkətin təhlükəsizliyini tam təmin ediblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nəqliyyatın hərəkətində yaranan intensivlik operativ şəkildə tənzimlənib və hərəkət axını fasiləsiz davam etdirilib.
***14:14
"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir və yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.
Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.
Oxşar xəbərlər
Qaradağ sakinlərinin üzləşdiyi çətinlik: Abadlıq işləri niyə yarımçıq qalıb?
Qaradağ rayonunda sakinlər yaşadıqları binanın həyətindəki vəziyyətdən narazılıq edirlər. Onların sözlərinə görə, əvvəllər abadlıq işləri aparmaq adı ilə sökünt...
