Sədərək rayonunun sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 9,1 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Sədərək rayonunun Heydərabad qəsəbəsi, eləcə də Sədərək və Qaraağac kəndlərində yarımçıq qalmış su təchizatı və kanalizasiya sistemlərinin tikinti işləri başa çatdırılacaq.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyət tərəfindən elan edilmiş tenderin ümumi dəyəri 9 milyon 107 min manat təşkil edir.
İşlər çərçivəsində su anbarı və nasos stansiyasında qalmış yarımçıq işlər tamamlanacaq, filtr binası və borulama sistemləri təmir ediləcək.
Bundan başqa, tikintisi yarımçıq qalmış su təchizatı və kanalizasiya şəbəkəsində boruların sınaqdan keçirilməsi və dezinfeksiya olunması, həmçinin müxtəlif diametrlərdə PE boruların quraşdırılması nəzərdə tutulub.
Layihənin tamamlanması ilə əhalinin içməli suya çıxışı yaxşılaşacaq, kəndlərin kanalizasiya sistemində fasiləsiz xidmət təmin olunacaq və sakinlərin gündəlik həyat şəraiti yaxşılaşacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...