Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb

Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb
Foto Açıqlama
Sosial 116

"Magistral xətdə qəza olmuşdu, aradan qaldırılıb. Xəttin su ilə doldurulması prosesi gedir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin (ADSEA) Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

"Sakinlərin su təminatı mərhələlərlə həyata keçiriləcək",-deyə məlumatda qeyd edilib.

***12:06

Abşeron rayonunun Saray qəsəbəsində ciddi kommunal problem yaranıb. Belə ki, qəsəbənin "Yeni məhəllə" adlanan yaşayış massivində, Zərifə Əliyeva küçəsində yerləşən 50-dən çox ailə artıq 10 gündür içməli sudan məhrum qalıb.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək bildiriblər ki, suyun verilməsi qəfil dayandırılıb və bu müddət ərzində problem aradan qaldırılmayıb.

Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb

Onların sözlərinə görə, gündəlik həyat ciddi şəkildə çətinləşib – nə içməli su tapmaq asandır, nə də məişət ehtiyaclarını qarşılamaq mümkün olur. Sakinlər xüsusilə azyaşlı uşaqların, yaşlıların və xəstələrin vəziyyətinin daha ağır olduğunu qeyd edirlər.

Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb

"Artıq 10 gündür su yoxdur. Məcbur qalıb suyu pulla alırıq, bu isə hər ailə üçün əlavə xərc deməkdir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma hələ də konkret nəticə yoxdur," – deyə sakinlər narazılıqlarını ifadə ediblər.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər