Saray sakinlərindən qanunsuz pul yığılır?
Abşeron rayonunun Saray qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin sakinləri uzun illərdir davam edən su, elektrik və kanalizasiya probleminin gündəlik həyatlarını çətinləşdirdiyini bildirirlər.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciət əsasında ərazidə aparılan çəkiliş zamanı sakinlər problemlərin, xüsusilə, yay aylarında daha da kəskinləşdiyini deyiblər.
Sakinlərin sözlərinə görə, içməli su bəzən 5-6 gün ərzində ümumiyyətlə verilmir. Bu səbəbdən onlar gündəlik tələbatlarını ödəmək üçün suyu pulla almağa məcbur qalırlar.
Elektrik təchizatında yaşanan nasazlıqların da vəziyyəti daha da ağırlaşdırdığı bildirilir. Ərazidə hazırda kanalizasiya xəttinin çəkilişi aparılsa da, sakinlər həmin şəbəkəyə qoşulmaq üçün hər evdən 1 000 manat ödəniş tələb olunduğunu iddia edirlər.
Oxşar xəbərlər
Azərbaycanda universitetə rektor TƏYİN EDİLDİ
Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub. BAKU.WS xəbər verir ki, rektor Nə...