Samuxda istixanada nöqsanlar aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd edilib ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...