Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirilir

Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirilir
Foto
Sosial 19

Əmanətlərin Sığortalanması Fondu Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu təşkil edib.

BAKU.WS xəbər verir ki, tədbir

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun

müavini Bəhruz Qayıbovun çıxışı ilə başlayıb.

Bildirilib ki, forumun keçirilməsində məqsəd jurnalistlərlə institusional

əməkdaşlığı daha da gücləndirmək, fondun fəaliyyəti, əmanətlərin sığortalanması sisteminin hüquqi və institusional

əsasları istiqamətində həyata

keçirilən tədbirlər barədə media nümayəndələrini ətraflı məlumatlandırmaq, fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə məsul rəhbər şəxslərlə jurnalistlər

arasında açıq dialoq və peşəkar fikir mübadiləsi aparmaqdır.

Tədbir zamanı "Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti" və "Əmanətlərin Sığortalanması Fondu: maliyyə sabitliyinin qorunması, əmanətçilərin

hüquqlarının müdafiəsi və beynəlxalq əməkdaşlıq istiqamətləri" adlı panel sessiyalar təşkil ediləcək.

Bu sessiyalarda Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva, İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid

Şirinov, o cümlədən sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili və

risklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli çıxış edəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər