Salyanda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonu, Y.Qasımov küçəsi 3B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Rüstəm Cavanşir oğluna məxsus "Era" restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin mətbəx sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisənin mətbəx sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...