Saleh Məmmədov: “Bəzən çəkdiyimiz yolu yenidən sökməli oluruq”

Saleh Məmmədov: “Bəzən çəkdiyimiz yolu yenidən sökməli oluruq”
Sosial 225

"2023-cü ilə qədər Bakının qəsəbələrində yol problemi öz həllini tapacaq".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunan brifinqdə deyib.

AAYDA-nın idarə heyətinin sədri əlavə edib ki, paytaxtın qəsəbələrində qeyri-qanuni məskunlaşma nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib, həmin ərazilərin isə, təbii ki, yolu yoxdur:

"Bəzən bu ərazilərə yol çəkdikdən sonra məlum olur ki, kommunikasiya xətləri çəkilməyib. Odur ki, çəkdiyimiz yolu yenidən sökməli oluruq. Bu isə işimizi ləngidir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər