Sakinlərin DİQQƏTİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq
Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı, Binəqədi rayonunda və "Mərdəkan bağları" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə və Yeni Suraxanı qəsəbəsində, həmçinin Binəqədi rayonu, Məlik Aslanov küçəsində və Xəzər rayonu, Mərdəkan yeni yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
DİQQƏT! - Bazar ertəsi bu iki ərazidə QAZ OLMAYACAQ
Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azər...