Sakinlər şikayətçidirlər: 5 nömrəli Kliniki Doğum Evinin təmiri nə vaxt bitəcək?
Paytaxtın Bayıl qəsəbəsində yerləşən 5 nömrəli Kliniki Doğum Evinin binası artıq bir neçə ildir fəaliyyət göstərmir.
Təmir məqsədilə bağlanan tibb müəssisəsində ilk vaxtlar söküntü işləri aparılsa da, sonradan proses dayanıb.
Baku TV məsələni araşdırmaq üçün sözügedən ünvanda olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəsəbədə yeganə doğum evi olan bu tibb müəssisəsinin uzun müddətdir bağlı qalması əhali üçün ciddi narahatlıq yaradır.
"Qəsəbədə bir dənə doğum evi var. Uzun illər fəaliyyət göstərən tibb müəssisəsi beş ilə yaxındır işləmir. Bir müddət işləyirlər, sonra yenə dayanırlar. Təmir nə vaxt bitəcək, bilmirik. Camaat hara getsin?" - deyə sakin bildirib.
Hazırda bina baxımsız vəziyyətdədir və xarabalığı xatırladır.
Qeyd edək ki, bir müddət əvvəl burada yanğın hadisəsi də baş verib. "Biabırçılıqdır. Binanın yanından keçmək olmur, iy gəlir, baş çatlayır", - deyə sakin əlavə edib.
Oxşar xəbərlər
DİM ixtisar olunan dövlət qulluqçularının anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı...