Sakinlər acınacaqlı vəziyyətdə: "Xəstəmiz olur, təcili yardım gəlmir"
Şəki rayonunun Aşağı Şabalıd kəndinin sakinləri yol problemindən şikayətçidirlər. Belə ki, 500 nəfərə yaxın əhalisi olan kəndin 4 kilometrlik yolu yararsız haldadır.
Baku TV-nin "qaynar xətti"nə müraciət edən kənd sakinləri aidiyyəti qurumdan kömək gözləyirlər.
"Bu yol 1969-cu ildə çəkilib. Qışda bura lap biabırçı vəziyyətdədir. Cavanların hamısı kənddən qaçır", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə narazılığını belə ifadə edib: "Aylıq gəlirimin 60 faizini maşınıma xərcləyirəm. Yol bərbad haldadır. Burada ayı da görüblər. Yolda nə taksi hərəkət edə bilir, nə də marşrut xətti işləyir. Camaat çox acınacaqlı vəziyyətdədir".
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəki rayonunun Aşağı Şabalıd kənd yolunun yenidən qurulması nəzərdə tutulub: "Bununla bağlı Agentlik tərəfindən təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunub ki, Dövlət İnvestisiya Proqramına daxil edilsin. Təkliflər sözügedən Proqrama daxil olunub maliyyə vəsaiti ayrılan kimi tərəfimizdən həmin ərazidə yenidənqurma işləri həyata keçiriləcək".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazi...