Sakinlər 15 gündür susuz qaldıqlarını, qurum isə problemin olmadığını deyir

Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsində yaşayan sakinlər iddia edirlər ki, təxminən 15 günə yaxındır, su normal qaydada verilmir.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı “Azərsu” ASC-dən "oxu.az"ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsi və ona yaxın ərazilərə normal qaydada su verilir.
Məlumatda o da qeyd edilib ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları əraziyə bir daha baxış keçiriblər və problem olmadığı aşkarlanıb. Bildirilib ki, bu müddətdə “Azərsu” ASC-nin “955 Zəng Mərkəzi”nə həmin ərazidən suyun verilməməsi ilə bağlı müraciətlər araşdırılıb, kütləvi şikayət qeydə alınmayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
