Sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edildi

Sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edildi
Sosial 951

Iqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər