Sahibkar: “EuroHome”da 100-dən çox mağazaya ziyan dəyib”
“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”.
BAKU.WS xəbər verir ki, bunu adıçəkilən bazarda mağazası olan sahibkar Seymur Orucov “report”a deyib.
Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:
“Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.
O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib:
“Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb.
Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.
Oxşar xəbərlər
Yanğından zərər çəkən 20 sahibkar yerlə təmin olunub
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Niz...