Sabunçuda suyu zəhərləyənlərin İFŞASI - Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin girişindəki su kanalına çirkab suyun axıdılması bu ərazidə yaşayan sakinləri narahat edir.
Vətəndaşların sözlərinə görə, illərdir aidiyyəti qurumlara şikayət ünvanlasalar da, problem öz həllini tapmır.
"Əraziyə nəzarət olmadığı üçün maşınlar vasitəsilə çirkab sular gətirilib kanala tökülür. Bunu edən şəxsə irad bildirəndə də deyir ki, mənə nə edəcəklər, pulumu alıb buraxırlar. Əvvəl kanalda elə təmiz su var idi ki, həyətdə istifadə edirdik", - deyə şikayətçilər narazılıq bildiriblər.
Vətəndaşların təqsirləndirdikləri şəxs də Baku TV-yə açıqlama verib.
"Nardaran, Maştağa, Bilgəh, Kürdəxanı kimi yerlərin kanalizasiya sistemi olmadığı üçün çirkab sularının daşınmasını mən həyata keçirirəm. Həmin kanala axıdılan da qrunt sularıdır. Nə edim? Suyu həyətimə boşaldası deyiləm ki", - deyə o qeyd edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Binaların qarşısı acınacaqlı VƏZİYYƏTDƏDİR - İstirahət üçün heç bir ŞƏRAİT YOXDUR
Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi ərazisində yaşayan sakinlər istirahət üçün nəzərdə tutulmuş boş ərazilərin baxımsız və təhlükəli vəz...
