Sabunçuda süd məhsullarının istehsalı müəssisəsinin FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI - Nöqsanlar var
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə, 65 ünvanında fəaliyyət göstərən, Ağahüseyn Kamil oğlu Hüseynova məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib.
Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Evinin çıxarışı olmayan şəxslər üçün VACİB XƏBƏR - 2026-cı ildə...
"Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin sayı rəsmi olaraq dəqiq bilinmir və mövcud ehtimallara görə bu rəqəm 500 mindən artıqdır, çünki daşınmaz əmlakın vah...