Sabirabadda bu şəxslərə üçotaqlı mənzillər veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial Xidmətlər Agentliyi Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə bağlı tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalma çərçivəsində 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulur.
Layihənin ümumi dəyəri 644 min manat təşkil edir.
Bu satınalma sosial həssas kateqoriyadan olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Layihə onların yaşayış şəraitinin yaxşılaşmasına, sosial rifahının artırılmasına və uzunmüddətli sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon...